Marina Diamandis

Marina Diamandis
yun. Marina
Ümumi məlumatlar
Doğum adı Marina Diamandis Lambrinis
Ləqəbi Marina and the Diamonds
Doğum tarixi 10 oktyabr 1985(1985-10-10)[1] (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, müğənni, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar indi-pop[3], yeni dalğa, sinti-pop, dans-pop
Səs tembri messo-soprano
Albom şirkətləri Atlantic Records, Elektra Records
Təhsili
marinaofficial.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marina Lambrini Diamandis (yun. Μαρίνα-Λαμπρινή Διαμαντή; 10 oktyabr 1985[1], Brinmavr[d][2]) keçmiş səhnə adı ilə Marina and the Diamonds — uelsli müğənni-mahnı yazarı.

Marina Diamandis Brinmavrda anadan olub və Aberqavennidə böyüyüb. O, musiqi təhsili olmamasına baxmayaraq, müğənni kimi karyera qurmaq üçün Londona köçür. 2009-cu ildə o, BBC-nin tərtib etdiyi "Sound of 2010" sorğusunda ikinci yeri tutaraq məşhurlaşır. Marina 2010-ci ildə indi-popyeni dalğa musiqi üslublarının qarışdıraraq yaratdığı "The Family Jewels" adlı ilk studiya albomunu təqdim edir. Albom UK Albums Chart-da beşinci pilləyə yüksəlir və Britaniya Fonoqrafik Sənayesi tərəfindən qızıl sertifikat alır. Albomdan ikinci sinql olan "Hollywood" UK Singles Chart-da 12-ci sırada qərarlaşır. Marina 2012-ci ildə özünün sayca ikinci olan "Electra Heart" adlı konsept albomunu çıxarır. Bu albomda öz fikirlərini eyniadlı alter eqosunun dili ilə çatdırır. Bu albom elektropop və dans-pop janrlarında olan mahnılardan ibarətdir. "Electra Heart" Marinanın Birləşmiş Krallıqda bir nömrəyə çatan ilk albomu olmuşdur. Albomun özü ABŞ və Birləşmiş Krallıqda qızıl sertifikat almış, sinqlları "Primadonna" və "How to Be a Heartbreaker" isə musiqi cərgələrində hit olmuşdur.

Marinanın europopdan təsirlənərək hazırladığı üçüncü studiya albomu "Froot" həm Birləşmiş Krallıqda, həm də ABŞ-də ilk 10-luğa girərək əhəmiyyətli uğur qazanmışdır. O, bu uğura Birləmiş Krallıqda üçüncü dəfə, ABŞ-də isə Billboard 200-ə daxil olaraq ilk dəfə nail olmuşdur. 2018-ci ildə onun Clean Bandit qrupu ilə birgə səsləndirdiyi "Baby" sinqlı Birləşmiş Krallıqda ilk 15-ə daxil olub. Marinanın 2019-cu ildə buraxdığı dördüncü albomu "Love + Fear" UK Albums Chart-da 5-ci pilləyə yüksəlmişdir. Marina Diamandisin beşinci studiya albomu "Ancient Dreams in a Modern Land" 2021-ci ildə işıq üzü görüb. Bu albom Birləşmiş Krallıqda 17-ci sıraya çatmışdır. Albomun 2022-ci ildə delüks versiyası da buraxılmışdır.

  1. 1 2 http://www.imdb.com/name/nm3602370/.
  2. 1 2 http://www.walesonline.co.uk/lifestyle/showbiz/marina-says-shes-more-greek-1896966.
  3. http://www.albumoftheyear.org/list/125-the-guardians-best-albums-of-2012/.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search